Qısa məzmun
Balbadem mağazalar şəbəkəsi Marsipan ustası üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Aparılan iş bölgüsünə əsasən standart marsipan tortların dekorlarını etmək;
- Qanajlı və marçipanlı tortlarda kist ilə şəkilləri çəkmək;
- Formalı tortların (dairəvi, diş, yumurta, palitra və s.) kəsimini etmək və kəsimli tortları formaya salmaq;
- Tortlarda insan şəkilləri, təbiət şəkilləri çəkmək;
- Sifarişə əsasən tortların aeroqrafla rəngləmək;
- Hazır məhsul barədə baş dekor ustasında hesabat vermək;
- İş rejimi: 6 günlük, saat 07:00-17:00;
- İş yeri: İnşaatçılar filialı;
- Əmək haqqı : Razılaşma əsasında.
Namizədə dair tələblər:
- Dekor ustası peşəsində 1 il iş təcrübəsi;
- Rəssamlıq, heykəltaraşlıq, şəkər xəmiri ilə işləmək bacarıqları;
- Məsuliyyətlilik, öyrənmə qabiliyyəti, kollektivdə işləmək, təşəbbüskarlıq bacarıqları;
- Müraciət etmək istəyən əməkdaşlardan, CV formalarını mövzu hissəsində “Marsipan ustası” qeyd edərək asiman.xalilova@outlook.com ünvanına yönləndirməyiniz və ya 051 944 89 43 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.