Təqdimatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZ Dizayn Group Təqdimatçı vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Təqdimatçı (Brend üçün sima) vakansiyası (Xanım Namizəd)

İş haqqında məlumat:

  • Şirkətin sosial media hesablarında brend siması olaraq iştirak etməli
  • Günlük videoçəkilişlər edərək sosial media hesablarının story bölümündə paylaşmalı
  • Sosial mediada cavablandırma prosesini həyata keçirməli
  • Trendləri yaxından izləyərək şirkətin sosial media hesabına bunu tətbiq etməli
  • Xoş görünüşlü, gülərüz olmalı
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti olmalı
  • Rus dili olanlara üstünlük verilir

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Nahar verilir;
  • Əmək haqqı -500

Namizəddən tələblər

  • Məsuliyyətli və işinə həvəsli
  • Kreativ və yenilikçi
  • Komanda ilə işləmə bacarığının olması vacibdir
  • Minimum 1 il aktiv iş təcrübəsi (SMM, Marketinq sahəsində və ya həvəskar)
  • Azərbaycan dilinin qrammatik və leksik qaydalarını bilməli
  • Videoçəkiliş sahəsində portfoliosunun olması üstünlükdür
  • Ən əsası pozitiv şəxs olmalıdı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “ Təqdimatçı (Brend üçün sima) ” vakansiyanı qeyd etməklə hr@az-dizayn.az elektron ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

500 — 601 ₼
SMM mütəxəssis

Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kepro Estetik Klinika

21.11.2024 - Bakı

Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)

Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Hava Yolları QSC

01.11.2024 - Bakı

1200 — 1500 ₼
Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı

1000₼
Sosial Media Mütəxəssisi

Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...

Ram Solutions MMC

28.10.2024 - Bakı