Qısa məzmun
Oil Supply MMC Satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: Həftədə I-V günlər tam- saat 09:00-18:00; VI gün qısaldılmış – 09:30-15:00
Nahar: Şirkət tərəfindən təmin edilir
Sınaq müddəti: 1-2 ay
Əmək haqqı: Başlanğıc 1000 AZN
Mobil danışıqlar: Şirkət tərəfindən təmin edilir
Son müraciət tarixi: 09 oktyabr 2023
Namizədə olan tələblər:
- İş təcrübəsi: Satınalma sahəsi üzrə ən azı 1+ il iş təcrübəsi tələb olunur
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: sərbəst İngilis dili: orta Rus dili: orta
- Kompüter bilikləri: Microsoft Office (xüsusilə Word, Excel) proqramlarında işləmə bacarığı
- Üstünlüklər: Elektron satınalınmaların aparılması üçün müəssisə resurslarının planlaşdırılması sistemlərini bilmək
- Yerli və xarici bazarda olan sənaye məhsulları haqqında biliklər (inşaat materialları, iş təhlükəsizliyi məhsulları, alətlər, sənaye ehtiyat hissələri)
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
- Özünə inam, qüsursuz danışıq aparma və problem həll etmə bacarıqları
- Müxtəlif iş vəziyyətlərinə çevik işgüzarlıq ilə reaksiya vermə bacarığı
- İşin tələb üzrə ehtiyat yarandığı halda vaxtından çox işləməyə hazır olma
- 25-40 yaş, mütəxəssislər tələb olunur
- Nümunəvi şəxsiyyətli, peşəkar davranışlı, ifadəli, ünsiyyətcil və sürətli öyrənən
- Şəxsi avtomobili olanlara üstünlük verilir
Vəzifə öhdəlikləri:
- Tenderlərin izlənməsi, tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi
- Fəaliyyət sahəsində bütün sənədlərin (uyğunluq sertifikatlarının, texniki göstəricilərin və s.) düzgün tərtibi və sənədləşmə işlərinin aparılması
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin tənzimlənməsi
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi
- Səfərlər etməklə tədarükçülərin qiymətləndirilməsi və tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması
- Mal tələbləri üzrə yaranan dəyişikliklər və təfərrüatları ilə bağlı təchizatçılarla və layihə rəhbərləri ilə əlaqələrin qurulması.
- Satınalma tələblərinin təfərrüatlarını anlamaq üçün layihə qrupu ilə sıx əməkdaşlıq edilməsi
- Marketinq araşdırmalarının aparılması, müştəri ehtiyaclarının öyrənilməsi
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə təqdim edilməsi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satınalma mütəxəssisi” sözlərini qeyd edərək cv@oilsupply.az e-ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...