Qısa məzmun
189 Taxi Turizm sahəsində partnyorlarla iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər
- Ali təhsili;
- Korporativ satışdan anlayış
- Azərbaycan-səlis, rus – yaxşı
- Xidmətlərimizi turizm sahəsində satmaq bacarığı
- Komandada işləmə bacarığı;
- Müştərilərlə işləmək bacarığı;
- İşgüzar danışıqlar aparma qabiliyyəti;
- Xoş gorünüşlü, gülərüz;
- Punktual, məsuliyyətli, məqsədyönlü;
- Aktiv və çalışqan.
- Turizm sahəsində təcrübə vacibdir.
- Ezamiyyətlərə hazır olmalı
İş öhdəlikləri:
- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi
- Potensial müştərilərin müəyyənləşdirilməsi (otellər, restoranlar, turizm şirkətləri və s.) və əlaqələrin yaradılması ( görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq);
- İşgüzar görüşlərin həyata keçirilməsi
- Yeni müştərilərlə müqavilələrin bağlanılması
- Müştəri görüşlərinin nəticələrinin izlənilməsi
- Mövcud müştərilərlə əlaqələrin möhkəmlənməsi
- Şirkətin loyal müştəri portfelini formalaşdırmaq və idarə ertmək;
- Verilən tapşırıqları vaxtında icra etmək, günlük, həftəlik və aylıq fəaliyyət planını hazırlamaq
- Satış haqqında gündəlik və aylıq hesabatların hazırlanması.
- Rəhbərliyin göstərişlərinin yerinə yetirilməsi
- Ofis-şəhərin mərkəzində
- 5 günlük iş qrafikı, 9.00-18.00
- Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir ( Fix + BONUS)
İş görüşlərində nəqliyyat və telefon xərcləri şirkət tərəfindən qarşılanır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@taxibaku.az elektron ünvanına göndərsinlər.