Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xəzər Ekoloji Laboratoriyası Kimyaçı vəzifəsi üzrə vakansiya elan edir. Yalnız kimya fakültəsinin məzunlarının CV-lərinə baxılacaq.
İş barədə məlumat:
- Laboratoriya avadanlıqları ilə işləməyi bacarmaq;
- Analiz üçün avadanlığı hazırlanmaq və kalibrləmək;
- Nümunələri testlər üçün hazırlamaq;
- Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
- Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
- Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək;
- Mövcud analitik metodlarının işlənib hazırlanmasında və modifikasiyasında iştirak etmək;
- Reagentlərlə iş: reagentlərin istifadə müddəti və saxlanma şəraitinə nəzarət etmək, məhlullar hazırlamaq.
Namizədə tələblər:
- Kimya üzrə Ali təhsil (mütləqdir);
- Kimyəvi və fiziki-kimyəvi analiz metodları haqqında bilməli;
- Azərbaycan, rus və inglis dillərini bilməli;
- İş təcrübəsi arzu olunandır (vacib deyil);
- Universiteti yeni bitirmiş namizədlər də dəyərləndiriləcək;
- Bacarıqlı, məsuliyyətli;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirməyi bacaran;
Qeyd:
- Yalnız kimya fakültəsinin məzunlarının CV-lərinə baxılacaq;
- İşçi müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunacaq;
- İş saatları: 09:00-dan 17:30-dək;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Uyğun nazmizədlərdən CV-lərini info@cel.az ünvanına göndərmələri xahış olunur. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kimyaçı” şəklində göstərilməsi xahiş edilir.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...