“Metal tökücü köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azertexnolayn LLC Texniki Avadanlıqlar Zavodunda “Metal tökücü köməkçisi” vəzifəsi üzrə vakansiya elan edir.

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Metal tökücü köməkçisi”

Əmək funksiyası:

  • Müəyyən olunmuş ölçü və formalarda fasiləsiz vəya yarım fasiləli tökmə işini aparmaq;
  • Elektrik sobasının (induksiyon sobası) tökmə qurğusunu, tökmə konveyerini, çalov boşaldıcısını və digər avadanlıqları idarə edir;
  • Soba vəya mikserə bərk metal yükləyir və maye metalı konveyerdəki çalovlara tökür, tökməni keyfiyyətlə aparır;
  • Növbə ərzində planlaşdırılmış tökmə həcmini yerinə yetirir, aşqarlam əlavələrini soba vəya mikserə yükləyir;
  • İşləri yerinə yetirərkən müəyyən edilmiş xüsusi geyimdən və fərdi mühafizə vasitələrindən istifadə edir;
  • Tökmənin keyfiyyətini artıran səmərələşdirici təkliflər verir;
  • Zərərli tullantıların, qazların ətraf mühiti çirkləndirməməsi üçün texnoliji prossesdə nəzərdə tutulan ətraf mühitin mühafizəsi tələblərinə riayət edir;
  • Avadanlığı və iş yerini təmiz saxlayır, qəza vəziyyətində Tökməçiyə və Bölmə rəisinə gecikdirilmədən xəbər verir, bədbəxt hadisənin yaranmasına şərait yaratmır;
  • Maye metalın temperaturundan asılı olaraq tökmə surətini bilməlidir
  • Tökməçinin verdiyi göstəriş və tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirmək:
  • Formanın düzgün bağlanması, əks yükün düzgün qoyuluşunu , tökmə sistemini, qidalandırma sistemini və ventilyasiyasını bilməidir.
  • Formanın nəmlik dərəcəsini , sobadan maye metalın çalova tökülməsi, çalovdan posanın yığılmasını bilməlidir.
  • Daxil intizam qaydalarına riayət edir;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etməlidir;

Namizədə tələblər:

  • Orta təhsil
  • İstehsal sahəsində 2-3 il iş təcrübəsi (Ağır sənayedə çalışması arzu olunandı)
  • Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazidə qalan işçilərə üstünlük veriləcəkdir
  • Növbəli iş rejimində çalışa bilməlidir

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Metal tökücü köməkçisi” başlığı altında qeyd edərək nermin.valehqizi@azertexnolayn.com və seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı