Qısa məzmun
“Revisa” MMC Layihə koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Yeni layihələr düşünə bilmək, layihələri koordinə etmək, komandanı istiqamətləndirə bilmək;
- Layihələrin vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
- Layihələrlə bağlı həftəlik hesabatların hazırlanması;
- Rəhbər koordinatorun tapşırıqlarını sistemli, effektiv və dəqiq yerinə yetirə bilmək;
- Təşkilatda müvafiq əməliyyatları müşahidə etmək, mövcud keyfiyyətə nəzarət üzrə təcrübələri qiymətləndirərək müvafiq şəkildə düzəliş və yeniliklər üçün təkliflər vermək;
- Keyfiyyəti idarəetmə sistemi sənədlərinin işlək və aktual şəkildə saxlanmasını təmin etmək;
- Əməliyyatlar zamanı xidmətin keyfiyyətinə təsir edən hadisələri təhlil etmək, araşdırmaq və profilaktik tədbirlər təşkil etmək;
- Düzəldici fəaliyyətlərin aylıq statistikasını izləmək, hesabatların təhlilini təşkil etmək;
- Tənzimləyici və qabaqlayıcı fəaliyyətlərin işlənib hazırlanmasında iştirak etmək, struktur bölmələrdə onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
- Keyfiyyət üzrə müvafiq sənədlərin məzmunu və təşkili ilə bağlı rəhbərliklə və idarəetmə komandası ilə birlikdə qərar qəbul etmək;
- Tələb olunduğu hallarda idarəetmə sistemlərini təkmilləşdirmək.
Namizəd üçün tələblər:
- İş təcrübəsi tələb olunmur
- Ali təhsil
- Universiteti bitirmiş layihə koordinatorluğu sahəsində kariyerasını inkifaş etdirmək istəyən şəxslər;
- Layihələrin idarəolunmasıda proqram təminatlarının istifadəsini öyrənməyə həvəsli
- Hərbi xidməti başa vurmuş bəy namizədlərə üstünlük veriləcəkdir
Əmək haqqı: 400 AZN-dən başlayaraq artan rəqabətli əmək haqqı
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Şəfayət Mehdiyev, 271
Müraciət qaydası:
- CV-lər info@revisa.az e-mail ünvanına göndərilməlidir;
- “mövzu” bölməsində “Layihə Koordinatoru” qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Xalq Bank "Şamaxı" filialının katib-referenti vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON MotoKuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Ven Group Operator/CallCenter vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...