Qısa məzmun
AZ Dizayn Group Təchizatçı vəzifəsi üzrə vakansiya elan edir.
Haqqımızda
“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi 1 il;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus, İngilis dili yaxşı səviyyədə ;
- Təmsiletmə bacarığı;
- Planlama bacarığı;
- Araşdırma bacarığı;
- Dəqiqlik;
- Kompüter bilikləri (MS Office, Micro);
İş haqqında məlumat:
- Məhsulların xarici bazarlarda qiymət araşdırmasının həyata keçirilməsi
- Ölkə xaricindəki anbara yerləşmə planın verilməsi
- Yükləmə planlarının anbardarlara verilməsi
- Gətirilən məhsullarla bağlı gömrük sənədlərinin hazırlanması
- Tədarükçü şirkətlərlə danışıqların aparılması
- Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi
- Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi
- Logistika şirkətləri ilə danışıqların aparılması
- Məhsulların xaricdən gətirilib anbara təhvil verilməsi
- Gömrük işlərinin icrasına nəzarət edilməsi
- Ofis daxili əsas vəsaitlərin təchizat işlərinin həyata keçirilməsi
- Yeni məhsulların anbar, maliyyə və satış komandasına təqdim edilməsi
- Anbarların işlərinin düzgün şəkildə təşkil edilməsi
- Təchizat şöbəsi əməkdaşlarının idarə edilməsi
- Görülən işlər barədə aylıq və illik hesabatların aparılması
İş şəraiti:
- 6 günlük iş həftəsi
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Korporativ nömrə
- Əmək haqqı: 600 AZN
Vakansiyaya müraciət üçün CV-ləri “” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...