Qısa məzmun
Azərbaycan Dəmir Yolları QSC Receptionist vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Gələn qonaqları mehriban şəkildə qarşılamaq və onlara aidiyyati məlumat vermək;
- Ziyarətçilərin şirkət tərəfindən təklif edilən xidmətlər haqqında sorğularına cavab vermək;
- Şirkətə gələn bütün qonaqların dəqiq qeydiyyatını təmin etmək;
- Qonaqları dəqiqlik və nəzakətlə təyin olunmuş otaqlara yönləndirmək;
- Tələb olunan digər qəbul işlərini həyata keçirmək.
Namizəd tələbləri:
- Təhsil: Bakalavr dərəcəsi;
- Müvafiq vəzifə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
- Dil biliyi: Azərbaycan dili səlis, ingilis və rus dillərini yaxşı bilmək;
- Kompüter bilikləri: MS Office proqramlarını yaxşı bilmək;
- Sənədləşmənin təşkili bacarıqları;
- Səmimi, nəzakətli rəftarın qorunması;
- Gənc və səliqəli xarici görünüş.
Tələb olunan funksional keyfiyyət meyarları:
- Yüksək kommunikabellik;
- Vaxtı səmərəli idarə etmək bacarığı.
Nə təklif edirik:
- Mehriban və məhsuldar iş mühiti;
- İş saatı: 09:00-dan 18:00-a kimi (5/7).
Maraqlanan namizədlər öz CV-lərini 16 dekabr 2023-cü il tarixinədək “Receptionist” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...