SƏTƏM mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

RABAN LLC SƏTƏM mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə funksiyaları:

  •  Müəssisədə SƏTƏM təşkili, əlaqələndirilməsi və planlaşdırılması,əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlamaq;
  • Lazımi SƏTƏM siyasətlərinin, sistemlərinin, standartlarının, göstərişlərinin və əlaqələndirici sənədlərin yerində olmasını və SƏTƏM idarə sisteminin tələblərinə cavab verməsini təmin etmək
  • Layihə üzrə bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əməyin mühafizəsinin təmini üzrə SƏTƏM planı hazırlamaq;
  •  Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə müştərinin və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq və həyata keçirmək;
  • Müxtəlif sahə təftişi zamanı aşkar edilmiş nöqsanları izləyir, əsas səbəblərini təhlil edir və prosesin təkmilləşdirilməsini təmin edir;
  • Təhlükəsizlik və fövqəladə hallara hazırlıq təlimlərinin həyata keçirilməsini təmin edir;
  • Layihə üzrə layihə işinə başlamazdan əvvəl riskin qiymətləndirilməsini və təhlükələrin aşkar edilməsi proses və metodları müəyyən etmək;
  •  Əməliyyat sahələri üçün müvafiq SƏTƏM jurnallarının aparılmasına  nəzarət edir, müntəzəm olar riskləri yenidən qiymətləndirir, SƏTƏM  nəzarətçilərinin aşkar etdiyi məsələlərə dair məsləhət verir və aradan qaldırma tədbirlərini həyata keçirir;
  • Təhlükəli şəraitlərin və təhlükəli işlərin aradan qaldırılmasını təmin edir və düzəliş tədbirlərinə dair müvafiq tövsiyələr verir;
  • Tikinti zamanı sahəyə müntəzəm baş çəkərək tikinti briqadalarının və podratçıların yüksək SƏTƏM səviyyəsinə əməl etdiklərini yoxlamaq və lazım olan düzəliş tədbirlərinə dair göstərişlər vermək;
  • Müəssisənin bölmə rəhbərləri ilə birlikdə hadisələrin təhqiqatını aparır və potensial xəsarətlərin qarşısının alınması üçün tədbirlər görür

Vakansiya üzrə tələblər:

  • Ali texniki təhsilinin olması;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
  • Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;

İş şəraiti:

  •  İş qrafiki: 6 günlük;
  • Əmək haqqı 1000-1200 AZN;
  • Mehriban komanda;

Maraqlanan namizədlər CV-lərini mövzü hissəsində “SƏTƏM mühəndisi” qeyd edərək hr@raban.az e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı