Qısa məzmun
Apar şirkəti SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında məlumat:
APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.
Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.
İş barədə məlumat:
- Şirkətin sosial şəbəkələrinin idarə olunması
- Məzmunun istehsalı, redaksiya və dizaynerlərlə daim əlaqədə olmaq
- Kampaniyalar üçün maraqlı mətnlər, sloganlar hazırlamaq
- Sosial media mesajlarının monitorinqi
- Müştərilərin şərhlərinə cavab verən dəstək komandası ilə sıx əlaqədə olmaq
- Həftəlik və aylıq kontent planın hazırlanması
- Kreativ, oxunaqlı məzmun yazma bacarığı
- Tanınmış simalar ilə iş (influencer)
- Əsas SMM-metrikalarını izləmək, həmçinin aylıq hesabatlarını toplamaq
Tələblər:
- Müvafiq yaxud oxşar sahə üzrə ən az 1 il iş təcrübəsi
- Puntual, kreativ və innovativ olmaq
- Facebook, Tiktok, Instagram, linkedin kimi SM platformalarının iş prinsiplərini bilməli
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Agentlik təcrübəsinin olması üstünlükdür
- Texnoloji yenilikləri izləyən və inkişafa meyilli
- AI vasitələrinin istifadəsi üzrə biliklər
- Motivasiyası yüksək, pozitiv əhval-ruhiyyəsi olan və komanda yönümlü mühitdə effektiv işləmək bacarığı olan namizədlərə üstünlük verilir.
Biz nə təklif edirik?
- Gənc və dinamik kollektivdə işləmək fürsəti
- Şəhər mərkində iş yeri
- Peşəkar inkişaf və inkişaf üçün imkanlar
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “SMM mütəxəssisi” yazaraq hr@apar.az ünvanına göndərmənizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...