Qısa məzmun
Unibank Kommersiya Bankı İşə qəbul üzrə Qrup Rəhbəri (Recruitment Team Lead) vəzifəsi üzrə vakansiya elan edir.
Link https://qlor.me/ltui0oq832
Təsvir
- İşə qəbul komandasının fəaliyyətini tənzimləyir və idarə edir, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirmək üçün, onlara mentorluq edir;
- İşçi tələblərinə əsasən müvafiq elanların hazırlanmasına, daxili və xarici axtarış kanallarında yerləşdirilməsinə nəzarət edir;
- Vakansiyalara uyğun namizədlərin seçilməsini, ilkin müsahibələrin və test mərhələlərinin təşkil edilməsini, müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılmasını təmin edir;
- Yeni və təkmilləşdirilmiş işə qəbul strategiyaları hazırlayır;
- Mövcud işə qəbul prosedurlarını nəzərdən keçirir və zərurət olduqda yeniləyir;
- İşə qəbul prosesləri zamanı yaranan problemləri müəyyən etmək və həll etmək üçün müxtəlif metrikaları müəyyən edir və mütəmadi izləyir;
- İşə qəbul komandası ilə mütəmadi görüşlər təşkil edərək geribildirimləri və qoyulan hədəfləri kommunikasiya edir;
- Tabeçiliyində olan əməkdaşların təlim ehtiyaclarını müəyyən edir və qarşılanmasını təmin edir;
- Karyera sərgilərində və əmək yarmarkalarında iştirakı təmin edir;
- «Employer Branding»-i gücləndirmək üçün digər strukturlarla birgə fəaliyyət planının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Komandanın fəaliyyəti ilə bağlı müxtəlif statistik və analitik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir.
Tələblər
- İşə qəbul sahəsində iş təcrübəsi – ən azı 2 il , İşə qəbul sahəsində rəhbər kimi iş təcrübəsi – ən azı 1 il;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri), Rus dili (arzuolunandır);
- Liderlik, komandanı idarəetmə və motivasiya etmə bacarığı;
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Rekrutment sahəsi üzrə müxtəlif praktikalar, metodologiya və axtarış kanalları üzrə biliklər və təcrübə;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
- Analitik düşüncə və problem həlletmə bacarığı;
- Deleqasiya etmə bacarığı.
Oxşar vakansiya siyahısı:
600₼
İnsan resursları üzrə mütəxəssisSeylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...