Qısa məzmun
C and S Group LLC Insan Resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- AR-nın Əmək Qanunvericiliyinə uyğun sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir;
- Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların və xasiyyətnamələrin verilməsi;
- Yazılı əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.);
- Kadr sənədlərinin qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən, işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır.
İş şəraiti:
- AR Əmək məcəlləsinə uyğun olaraq 5 günlük iş həftəsi;
- Nahar vaxtı 13:00-14:00;
- Əmək haqqı: 500 azn net;
- Ünvan: Zərifə Əliyeva 55, Yeni Hayat Plaza.
Namizədə tələblər:
- Ali təhsil;
- 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dili bilikləri mütləqdir;
- İnzibati sahədə iş təcrübəsi;
- Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel);
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Namizədlərdən CV-lərini “İnsan resursları üzrə kiçik mütəxəssis” başlığı il office@csgroup.az email ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...