Qısa məzmun
Aztelekom MMC Linux Sistem Administrator vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Sistem inzibatçısı fəaliyətini Məlumat Sistemlərinin idarəedilməsi prosesinə dair, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
- Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin,Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
- Sistem inzibatçılığı Sektoru üzrə email, rəsmi sənəd və ya telefon vasitəsilə daxil olan sorğuları cavablandırır;
- Linux serverlərin qurulması, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi, ehtiyat surətlərin yaradılması, mütəmadı ehtiyat surətlərdən bərpası proseslərini həyata keçirdir;
- Linux serverlərin qurulmasını və vaxtında istismara verilməsini həyata keçirir;
- Aztelekom MMC-nin İnformasiya Texnologiyaları Departamentinin Serverlər bazasına dair mövcud və gələcək layihələrin planlaşdırılmasında və icrasında iştirak edir;
- “Aztelekom” MMC-in İnformasiya Texnologiyaları Departamentin yeni layihələrinin və həllərin labaratoriyalarda simulasiya edilib test edilməsi işlərinin təşkili və icra edilməsini təmin edir;
- “Aztelekom” MMC-in Serverlərin təhlükəsliyini təmin edilməsini təşkil edir;
- “Aztelekom” MMC-in İnformasiya Texnologiyaları Departamentindəki server əməliyyat sistemlərinin, proqram yenilənməsi, miqrasiya kimi işlərin planlaşdırılması və icra edilməsində iştirak edir;
- İnformasiya Texnologiyaları Departamentin proyektlərinin yüksək səviyyədə başa çatdıra bilmək üçün departamentin digər mütəxəsisləri ilə qarşılıqlı fəaliyyət göstərir;
- İnformasiya Texnolgiyaları Departamentin yeni texnologiyarının oyrənilməsində və Linux Server biliklərinə dair zəruri sertifikatların əldə etməsi istiqamətində çalışır;
- Təşkilatın məlumat bazalarına, serverlərinə, serverə aid şəbəkə konfiqurasiyasında texniki dəstəyi həyata keçirdir;
- Departamenti digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir.
Tələblər
- İnformasiya Texnologiyaları və ya oxşar sahə üzrə Ali Texniki Təhsilə malik olmali;
- Məlumat bazası sahəsi üzrə azı 2 il əmək stajına malik olmalıdır;
- Şəbəkə haqqında ümumi biliklər;
- Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dillərini bilmək arzu olunandır;
- Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları üzrə Qanunvericiliyini mükəmməl bilməlidir.
- Red HaT Enterprise,Centos,Ubuntu,Debian əməliyyat sistemləri üzrə bilik və iş təcrübəsi;
- MySQL,MongoDB və ya digər verilənlər bazasının konfiqurasiyası,idarəedilməsi haqqında ümumi biliklərə malik olmalıdır;
- Məlumat Bazasının klasterizasiyası, replikasiyası, modelləşdirilməsi və dizaynı haqqında biliklərə malik olmalıdır;
- Container provisioning, orchestration üzrə biliklər (Docker, Kubernetes),Web serverlərin qurulması,konfiqurasiyası və idarəedilməsi (Nginx,Apache,Tomcat və s.) üzrə biliklərə sahib olmalıdır;
- Log collection, aggregation, parsing, analysis, archiving (Zabbix,PRTG,CACTİ və s.)üzrə biliklərə sahib olmalıdır;
- Məlumat bazasının ehtiyat nüsxəsinin çıxardılması, yoxlanılması üzrə iş bacarığı olmalıdır;
- Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsinə dair biliklər;
- Virtualizasiya texnologiyaları üzrə (Vmware, HyperV,Proxmox) biliklərə sahib olmalıdır.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...