Qısa məzmun
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Hüquq şöbəsindən daxil olan ona təhkim olunmuş işlər üzrə qətnamələr və ya digər sənədlərin reyestrinin təşkili, işlərin araşdırılması və portfel üzrə hər bir işə daimi nəzarət edilməsi;
- Hüquqi məsələlər üzrə şöbənin fəaliyyəti ilə bağlı daxil olan məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;
- Məhkəmələrlə mütəmadi olaraq əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq;
- Qətnaməsi qəbul olunaraq icraya yönəldilən işlərin izlənilməsi, daimi olaraq icraçıların gördükləri tədbirlər barədə məlumat alınması;
- Ona təhkim olunmuş portfelin gündəlik olaraq təqib edilməsi;
- Problemli kreditlərin idarəedilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarının yerinə yetirilməsi.
İşçiyə dair tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışma;
- Hüquq (məhkəmə-icra) sahəsində 1 ildən az olmayan iş təcrübəsi
- Məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olması;
- Komandada işləmək bacarığı, stresə dözümlülük və ünsiyyət qurma bacarığı;
- Hüquqi yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olması.
Əmək haqqı 600-700 AZN +Bonus ödənişi
İş qrafiki: l-V günlər, saat 09:00-18:00.
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanın adını qeyd edib bu ünvana göndərəsiniz: IseQebul@embafinans.az