Qısa məzmun
Facility Management Group Tikintidə Keyfiyyətə Nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lv1z5wycv0
Təsvir
- Tikintidə keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
- Podratçı və təchizatçılar ilə keyfiyyətə yoxlamaları həyata keçirir;
- Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
- Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;
- Keyfiyyətə nəzarət planını hazırlayır və rəhbərliyə təqdim edir;
- Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;
- Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
- Müəyyən edilmiş qaydada Departamentin və Şöbənin vəzifə və funksiyalarına aid edilmiş məsələlərlə əlaqədar olaraq SOCAR-ın struktur bölmələrində, eləcə də digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə SOCAR-ı təmsil etmək;
- Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarəti həyata keçimək;
- Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
- Tikinti-quraşdırma işlərinin “İcraat Bəyanatı”-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək ;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək;
- İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
- Inşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
- Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
- Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
- Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək.
Tələblər
- Ali təhsil;
- Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
- Yüksək kommunikasiya bacarıqları;
- Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
- Strateji baxış formalaşdırma bacarıqları;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- ISO standartları üzrə biliklər (üstünlükdür);
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Dil bilikləri: Azərbaycan dili; ingilis dili (üstünlükdür) rus dili (üstünlükdür).
Oxşar vakansiya siyahısı:
Layihələrin izlənilməsi üzrə mütəxəssis
PRO CON izo Layihələrin izlənilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Növbə mühəndisi
Aztelekom MMC Növbə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...