Qısa məzmun
Ə/h 350 AZN. Auto Azerbaijan LLC Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Müştəri yönümlü olmalıdır.
Hyundai Ticari Avtomobilləri Mərkəzi
Ünvan:Hökməli qəsəbəsi,Bakı-Şamaxı şosesi 15
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Potensial korporativ müştərilərin müəyyənləşdirilib cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və
görüşlərin təyin olunması; - Salona gələn müştərilərə avtomobilin tanıtımı və texniki xüsusiyyətlərinin ətraflı izah edilməsi,lazım gəldikdə test-drive təşkil edilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması.
Tələblər:
- Satış texnikası, biznesin təşkili və idarəedilməsi üzrə ilkin biliklər;
- Qeyd olunan sahə üzrə 1-2 il təcrübə olması arzuolunandır;
- Müştəri yönümlü olmalı;
- Dil biliyi: Azərbaycan – səlis, rus və ingilis dillərini bilməsi arzuolunandır.
Əmək haqqı: 350 AZN + bonus
İş qrafiki: 6 günlük iş həftəsi
Maraqlanan namizədlər mövzu yerində “satış məsləhətçisi” yazmaqla öz CV-lərini hr@autoaz.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...