Qısa məzmun
AzərPambıq ASK MMC İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/lvaug3mhgn
Təsvir
- Bütün növ İR əməliyyatları (əmr, sənədləşmə, məzuniyyət, ezamiyyət, inzibati tənbeh, Əmək Müfəttişliyi və Daxili Audit sorğuları, məktublar, miqrasiya və s.) icrasında iştirak və nəzarət edir;
- Müəssisənin siyasətinə uyğun olaraq İnsan resursları üzrə prosedurların təkmilləşdirilməsində, yeni vəzifə təlimatlarının hazırlanmasını təşkil edir;
- Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişikliklərin edilməsin təşkil və tətbiq edir ;
- İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlayır və aidiyyəti üzrə təqdim edir;
- Pambığın İstehsalı Tədarükü və Emalı tipli zavod , məntəqələrin yerləşdiyi rayonlara ezam edilərək kadrlar üzrə müfəttiş-tabelçilərin işinə nəzarət edir və onların işlərini istiqamətləndirir.
Tələblər
- İqtisadiyyat, Hüquq və İnsan Resursları sahələri üzrə bakalavr təhsili. Magistr dərəcəsi üstünlükdür.
- İstehsalatda iş təcrübəsi ( 2-3 il) ;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- Sosial sığorta, sosial təminat qanunvericiliyini bilməli və miqrasiya qanunvericilyinin əsaslarını bilmək;
- Əmək qanunvericiliyini mükəmməl bilməli;
- Yaxşı səviyyədə MS Office bilikləri;
- 1C 8.3 ERP proqram təminatında işləmək;
- Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
- Detallara diqqət, nəticəyönümlülük və zamanın düzgün idarə olunması;
- Ünsiyyət qurma bacarığı, məsuliyyətlilik, etibarlılıq, düzgünlük.
İstehsalatda əmək tərcübəsi olan namizədlərə üstünlük veriləcəkdir!
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...