Qısa məzmun
AQA Şirkətlər Qrupu Elektrik vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilmək;
- Elektrik sxemlərini oxumaq bacarığı;
- Elektrik xəttlərinin çəkilişi zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
- Sxemlərə uyğun elektrik şəbəkələrinin montajının aparılması;
- Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
- Aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
- Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparılması;
- Şirkətdaxili qaydalara, təlimat və prosedurlara riayyət edilməsi;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Müvafiq sahə üzrə (xidmət) iş təcrübəsi (1-3 il);
- Fiziki cəhətdən sağlam;
- Məsulliyyətlilik, punktuallıq;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Komandada işləmək bacarığı
- Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır