Qısa məzmun
AQA Şirkətlər Qrupu Satış məsləhətçisi (Əhmədli filialı) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
“AQA Şirkətlər Qrupu” nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Əhmədli filialı üzrə “Satış məsləhətçisi” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərməlidir.
- Şirkətin korporativ geyim, korporativ yazışma, korporativ davranış və ünsiyyət qaydalarına riayət etməli, şəxsi təmizliyinə və xarici görünüşünə fikir verməlidir.
- İşçi iclaslarında və təlimlərində iştirak etməlidir, fərdi və professional bilik və bacarıqlarını artırmalıdır.
- Müştərilərlə dostcasına, pozitiv ünsiyyət qurmalı, bütün işçilər üçün bu sahədə nümunəvi davranış göstərməlidir.
- Müştəriləri təbəssümlə qarşılamalıdır. Onlara suallar verib ehtiyaclarını öyrənməli və brendin korporativ imicə uyğun xidmət göstərməlidir.
- Müştəriləri malı yoxlamağa ruhlandırmalı, əlavə satış təmin olunması üçün əlverişli kombinasiya təklif etməlidir.
- Müştərilərə ümumi kolleksiyalar və məhsullar, eyni zamanda ödəniş metodları və xüsusi təkliflər barədə məlumat verməlidir.
- Mağazadakı iş həcmindən asılı olaraq, ilk müştərinin icazəsi ilə eyni vaxtda bir neçə müştəriyə xidmət göstərməlidir.
- Əgər müştərinin istədiyi mal manekenin üzərindədirsə və mağazada daha yoxdursa, o zaman həmin malın müştəriyə satılmasını təmin etməlidir.
- Mağazaya malı qaytarmaq və ya dəyişmək üçün gələn müştərini müsbət üz ifadəsi ilə qarşılamalı, prosedura uyğun mağaza müdiri və ya bölmə müdirinə məlumat verməklə, kassa bölməsinə və nəzarətçiyə yönləndirərək köməklik göstərməlidir.
- Mağazanın aylıq, həftəlik və gündəlik satış hədəfləri barədə mağaza rəhbərliyindən məlumat almalı və öz satış hədəflərinə nail olmağa can atmalıdır.
- Mağaza ərazisində həyatın və ya əmlakın təhlükəsizliyinə xələl gətirə biləcək şübhəli hal, şübhəli bağlama və s. olarsa dərhal mağaza müdirini və nəzarəçini bu barədə məlumatlandırmalıdır.
- Mağaza müdiri tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında yerinə yetirmək.
Tələblər
- Ali və ya orta təhsil;
- Satış sahəsində biliklərin olması;
- Komanda ilə işləmək bacarığı;
- Dil biliklərinin olması arzuolunandır.
Oxşar vakansiya siyahısı:
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
“Sağlam Ailə” tibb mərkəzi “Satış üzrə nümayəndə” vakansiyası elan edir. ...
İnci Group Of Commpanies Merçandayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
Medicine-Every day therapy Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Agro-West DC LLC “Satıcı”(Qastranom,Meyvə,Şirniyyat və digər şöbələr) üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Layihə-Satış Meneceri (Maye İnşaat Qarışıqları üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A" Şirkətlər Qrupu Xammal və Kimyəvi əlavələr üzrə satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...