Qısa məzmun
AQA Şirkətlər Qrupu Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir
Təsvir
“AQA Şirkətlər Qrupu” nəzdində fəaliyyət göstərən Ferrum Capital brendi “Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas” vakansiyasını elan edir:
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas nə iş görür?
- Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməklə bağlı müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində hüquqi şəxsi təmsil etmək ;
- Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
- İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün İcra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək ;
- İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
- Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq ;
- İcra şöbələri və məhkəmələrdə nümayəndə qismində iştirak etmək.
Tələblər
Hansı özəlliklərə malik olmalıdır?
- Hüquq sahəsində ali təhsil;
- Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;