Qısa məzmun
C and S Group LLC Insan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya tələbləri:
- Ali təhsil (İnsan resursları, Biznes, İqtisadiyyat, İdarəetmə, Hüquq və digər əlaqəli sahələrdə);
- Yaş həddi: 25-35 yaş aralığında;
- Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus və ingilis dili üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel);
- AR Əmək Qanunvericiliyini mükəmməl bilməli;
- ƏMAS, E-gov, E-sosial, İSB sistemindən sərbəst istifadə bacarığı;
- Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi);
- Komanda ilə işləmə bacarığı;
- Səliqəli klassik iş geyimi (dress code).
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə müraciət etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi office@csgroup.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericililiyinə əsasən işçilərin ƏMAS sistemində işə qəbul, xitam, dəyişiklik proseslərinin icra edilməsi;
- Qanunvericiliyin tələblərinə əsasən icra edilmiş əməliyyatlar üzrə işə qəbul, xitam, dəyişiklik, ərizə, arayış, xasiyyətnamə və digər sənədlərinin hazırlanması;
- Xəstəlik vərəqlərinin qanunvericiliyin tələblərinə əsasən rəsmiləşdirilməsi;
- Əmək haqqı kartlarının sifariş olunması;
- Əmək kitabçalarının yazılması və reyestrinin aparılamsı;
- Kadr kitablarının yazılması və qeydiyyatının aparılması;
- Məzuniyyətlərin və ezamiyyələrin rəsmiləşdirilməsi;
- Aylıq tabellərin hazırlanıb, əlaqəli şöbəyə təhvil verilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
- İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar hesabatın verilməsi;
- Şirkət fəaliyyəti: konsaltinq – mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər;
- Ünvan: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza;
İş şəraiti:
- İş vaxtı: 09:00 – 18:00;
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
- Əmək haqqı: 800 AZN;
- Şirkət tərəfindən korporativ nömrə verilir.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...