Qısa məzmun
PASHA Bank Bazar Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Müxtəlif risk metriklərindən istifadə edərək bazar risklərinin təhlil etmək;
- Python istifadə edərək gündəlik rutin tapşırıqların avtomatlaşdırılmasını etmək;
- Tableau/Power BI istifadə edərək texniki olmayan auditoriyalara risk məlumatlarını effektiv şəkildə çatdıran interaktiv dashboard və vizualları yaratmaq;
- Maliyyə bazarlarını izləmək və şirkətimizin məruz qala biləcək risk amillərini müəyyən etmək;
- Pul bazarı, istiqraz, kapital və derivativ ticarəti üçün limitləri hesablamaq;
- Gündəlik risk hesabatlarını daxili qaydalara və xarici requlyativ tələblərinə uyğun olaraq hazırlamaq və nəticələri şöbə rəhbəri ilə bölüşmək;
- Komandanın gündəlik risk qiymətləndirmələri və hesabatlarının aparılmasına dəstək olmaq;
- Bankın daxili Bazar risk modellərinin nəticələrinə əsaslanan daxili hesabatların aparılması (bazar riskinə məruz qalma tədbirləri arasındakı əlaqənin qiymətləndirilməsi də daxil olmaqla; riskə məruz qalan dəyər, stress testlər, stop-loss və ticarət limitləri);
- Bazar və likvidlik risklərinin azaldılması prosedurlarının koordinasiyasında və onların icrasının nəzarətində köməklikgöstərmək. Hazırlanmış modellərdə back testlər apararaq və mövcud back test metodologiyasına əsaslanaraq nəticələri hesablamaq;
- Risk modellərinin uyğunluq və yararlılığının təmin edilməsi məqsədilə inkişaf etdirmək, validasiya etdirmək və sınaqdan keçırmək;
- Statistik təhlil və modellərin back testi üçün Python istifadə etmək;
- PPNR metodologiyası ilə hazırlanmış stress test modeli üçün seçilmiş modellər və təkliflər üçün məlumatların toplanmasına və makro dəyişənlərə dəstək olmaq;
- Rüblük əsasda makro dəyişənləri seçməklə mövcud stress testin model kodlarını yeniləmək;
- Ekspert panel iclasında namizəd modelin müzakirələri üçün təqdimat hazırlamaq;
- Stress testinin nəticələrinin yekun təqdimatını və fəaliyyət planlarını Stress testinin nəticələri üçün Müşahidə Şurasına, Risk Komitəsinə və İcraiyyə Şurasına təqdim etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
- Təhsil: Maliyyə, İqtisadiyyat, Statistika və ya əlaqəli sahələrdə ali təhsil dərəcəsi.
- İş təcrübəsi: Bazar riskləri və ya digər maliyyə sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
- Xarici dillər: İngilis (səlis), Rus dili (arzuolunandır)
- Kompüter bilikləri: Python, SQL, Microsoft Office, Power BI /Tableau.
- Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
- Bazar üzrə biliklər: Tələb olunur.
- Mükəmməl kommunikasiya və insanlarla münasibət qurma bacarıqları.
- Güclü analitik və problem həll etmə qabiliyyətləri.
- Komanda mühitində effektiv işləmək bacarığı.
Oxşar vakansiya siyahısı:
AccessBank Korporativ Katib vəzifəsinə işə qəbul elan edir. ...
HomeFinance Risklərin idarə edilməsi üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Biznes xidmət üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Rabitabank" ASC Şirvan filialı üzrə Universal işçi vakansiyasını elan edir. ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Əsas vəsaitlərin və inventarların Uçotu Şöbəsi / Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Pərakəndə bankçılıq üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Qəbələ filialı) vəzifəsi üzrə ...