Qısa məzmun
AT-GEOTECH QSC təcrübə proqramına start verir!
Qeyd edək ki, Təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
- Gələcək karyerasını layihə şirkətində qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.
- Ali təhsil;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.
Nələri öyrənəcəksiniz:
1-ci həftə: Geodeziya və istinad məntəqələrinin əsasları
Sessiya 1: Geodeziya və geodeziyaya giriş
- Geodeziyanın əsasları: İzahı, əhəmiyyəti və tarixi konteksti
- İstinad məntəqələri şəbəkəsi: Məqsəd, komponentlər və növləri
Sessiya 2: GNSS/GPS anlayışı
- GNSS/GPS-in əsasları: Prinsiplər, peyklər və siqnallar
- RTK-ya giriş (Real Time Kinematic – Real Vaxt Kinematikası): Konsepsiyası və üstünlükləri
2-ci həftə: GNSS/GPS-in praktiki tətbiqi
Sessiya 3: Leica GPS 1200 Base/Rover avadanlığı ilə praktiki məşğələ
- Avadanlığın quraşdırılması: Baza stansiyası və roverin quraşdırılması
- Əsas proseslər: Məlumatların toplanması və sonrakı emal prosesləri
Sessiya 4: Emlid Reach Base/Rover avadanlığı ilə praktiki məşğələ
- Avadanlığın quraşdırılması və konfiqurasiyası
- Məlumatların toplaması və ən yaxşı təcrübi üsullar
3-cü həftə: Qabaqcıl GNSS/GPS və Teodolit avadanlıqlarının əsasları
Sessiya 5: Geomax Base/Rover avadanlığı ilə praktiki məşğələ
- Avadanlığın quraşdırılması və kalibrlənməsi
- Real dünya kontekstində məlumatların toplaması üzrə praktika
Sessiya 6: Teodolitə giriş
- Teodolitin əsasları: Komponentləri və əməliyyatlar
- Praktiki nümayişlər və məşqlər
4-cü həftə: Total Station təlimi
Sessiya 7: Leica TPS 800 seriyalı avadanlıq ilə praktiki məşğələ
- Leica TPS 800 avadanlığının xüsusiyyətlərinə və imkanlarına ümumi baxış
- Sahədə real praktikalar: Avadanlığın quraşdırılması və məlumatların toplanması
Sessiya 8: Leica TPS 1200 seriyalı avadanlıq ilə praktiki məşğələ
- Qabaqcıl xüsusiyyətləri və funksiyaları
- Qabaqcıl üsullarla məlumatların toplanması və müvafiq problemlərin həlli yolları
Təcrübə Proqramının müddəti:
Proqram həftədə 3 dəfə (2,4,6-cı günlər) saat 16:00-17:30 aralığında olmaqla 1 ay tədris olunur;
Ərazi: Xırdalan şəhəri,Şixəli Qurbanov 17A
Təlimlərin video materialları hər dərsin sonunda sizinlə paylaşılır.
Qeydiyyat üçün əlaqə nömrəsi: +994 55 202 05 99 (Whatsapp aktivdir).
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...