Qısa məzmun
SUPERFON Kiçik satıcı/Kuryer vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefonların aksesuar və Ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
İş yeri: Bakı (28May/Neftçilər ərazisi)
İş barədə məlumat:
- Mağazada keyfiyyətli müştəri xidmətini və satışı həyata keçirmək;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Məhsulların ünvana çatdırılmasını həyata keçirmək;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı
Namizədə tələblər:
- Səliqəli görünüş;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Kollektiv ilə işləmə bacarığı;
- Satış və müştərilərə xidmət bacarığı;
- Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur;
- İşində məsuliyyətli;
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını – “Kiçik Satıcı/kuryer” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Zeta Group Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal" LTD şirkəti Bölgə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Nyukond şirkətinə Satış üzrə operator vakansiyası üçün işçi tələb olunur . ...
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 500 AZN. Ayan MMC Satış assistenti vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...