Qısa məzmun
Pizza Mizza İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İdarəetmə və kommunikasiya bacarığı olmalıdır.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində olması arzuolunandır)
- Yaş: 23-30
- işə qəbul üzrə 1 il iş təcrübəsi
- İşə qəbul müsahibələrinin aparılması təcrübəsi
- Səliqəli və xoş xarici görünüş
- Səlis nitq
- Operativ və məsuliyyətli
- Dinamik iş mühitində işləyə bilmək xüsusiyyətinə malik olmalı
- Azərbaycan dili səlis, ingilis və rus dili səlis danışıq arzuolunandır
- MS Word-əla, MS Excel-yaxşı, Power Point-yaxşı səviyyədə bilməli.
İş barədə məlumat:
- İşçi ehtiyaclarının araşdırılmasında iştirak etmək.
- Daxil olan müraciətləri təhlil etmək, tələblərə uyğun namizədləri müsahibəyə dəvət etmək.
- Müsahibələri təşkil etmək. Müsahibəni aparmaq.
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında məlumatı struktur rəhbərinə işə qəbul barədə qərar vermək üçün təqdim etmək) təşkil olunması.
- Uğurlu namizədlərlə bağlı referansların alınması.
- Müsahibə nəticələri barədə namizədlərə məlumatın verilməsi.
- İşə qəbul hesabatlarının hazırlanması. Yeni işçilərlə sorğuların keçirilməsi.
- İşə qəbul ehtiyaclarının planlanmasında iştirak etmək.
- Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak etmək.
İş şəraiti:
- İş saatı 09:00-18:00
- 5 günlük iş həftəsi
- Əmək haqqı 700 azn
- Nahar şirkət tərəfindən ödənilir
- İş yeri: Bakı şəhəri, “Babək Plaza”
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq hr@pizzamizza.az elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...