Restoran meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

 “Pizza Mizza” MMC-yə Restoran meneceri tələb olunu

Tələblər:

  • Müvafiq sahədə (restoran meneceri, direktoru və ya administratoru kimi) 1-3 il təcrübə
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
  • Yaş 25-40
  • Komandada işləmək bacarığı
  • Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
  • İdarəetmə və problem həll etmə bacarığı olmalı
  • Güclü liderlik və idarəetmə bacarıqları.
  • Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
  • Maliyyə və büdcə ilə işləməyin təcrübəsi
  • Qida təhlükəsizliyi və gigiyena standartları üzrə dərin biliklər və ya sertifikat.
  • Restoran mühiti, uzun saatlar və çevik iş saatları tələb oluna bilər.
  • Fərqli növbələrdə işləmək bacarığı.
  • Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq.

Vəzifələr:

  • Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
  • Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək
  • Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
  • Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
  • Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
  • Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək
  • İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması təmin etmək.
  • Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
  • Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
  • Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
  • Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək.
  • Müştəri rəylərini izləmək və həll etmək
  • Restoranın satış planının icrasını təmin etmək.
  • Xərcləri idarə etmək.
  • Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
  • SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək
  • Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
  • Restoranin təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
  • Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
  • Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.
  • Müştəri məmnuniyyəti üçün çalışmaq.

İş şəraiti:

  • Gənc və dinamik komandada işləmək imkanı
  • Karyera inkişafı
  • Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
  • 6 günlük iş rejimi.
  • Nahar şirkət tərəfindən təqdim edilir.
  • Əmək haqqı 1300-1800 azn
  • Əlavə iş saatına görə ödəniş

Maraqlananlar şəkilli CV-lərini “Restoran meneceri” başlığı altında  hr@pizzamizza.az  elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Ofisiant 

Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Restoran meneceri/Administrator

Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı