Qısa məzmun
Deziline MMC Epidemioloq – Sanitariya və gigiyena həkimi vakansiyasını elan edir.
İş barədə məlumat:
- Şirkət: Deziline MMC
- Vəzifə: Epidemioloq – Sanitariya və gigiyena həkimi
- İş rejimi: ¼ ştat
- Əmək haqqı: Razılaşma əsasında
- İş yeri: Keşlə qəsəbəsi, N.Abdullayev küç 1/1
- Əlaqə vasitəsi: job@deziline.com
- Əlaqə nömrəsi: 055-226-46-80 Sitarə xanım
Vəzifə öhdəlikləri:
- Sanitariya qaydalarına, gigiyena normativlərinə, sanitariya-gigyenik və epidemiya əleyhinə tədbirlərin təşkili və aparılmasına nəzarətin həyata keçirilməsi;
- İşçilər arasında xəstəliklərin baş verməsi və yayılmasının səbəblərinin və şəraitinin müəyyən edilməsi;
- Sanitariya epidemioloji ekspertizanı, araşdırma, müayinə, təhqiqat, sınaq, eləcə də toksikoloji, gigiyenik və digər qiymətləndirmə növlərinin həyata keçirilməsi;
- İşçilərin gigiyenik tərbiyəsi üzrə işin təşkil edilməsi və həyata keçirilməsi;
- Gigiyenik monitorinqin aparılmasında iştirak edilməsi;
- Öz ixtisası üzrə sanitariya-epidemioloji rəylərin hazırlanması, iş fəaliyyətinin göstəricilərinin təhlil edilməsi;
- Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinin təmin edilməsi;
- Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, əməyin mühafizəsi qaydalarına riayət edilməsinə yardım göstərilməsi.
Namizədə tələblər:
- SERTİFİKASİYADAN KEÇMİŞ VƏ MÜDDƏTİNİN BİTMƏMİŞ OLMASI MÜTLƏQDİR.
- Təcrübə: minimum 3 il
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...