Müştəri Xidmətləri Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Apar (bike-Sharing Startup) Müştəri Xidmətləri Meneceri vakansiyasını elan edir.

Şirkət haqqında məlumat:

APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.

Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat:

  • Yeni qurulan şirkətimiz, müştəri məmnuniyyətini ən yüksək səviyyədə tutmaq məqsədi ilə dinamik, müştəriyönümlü və peşəkar bir Müştəri Xidmətləri Meneceri axtarır. Bu rol, müştəri müraciətlərinin effektiv şəkildə həll edilməsində, müştəri məmnuniyyətinin artırılmasında və müştəri xidmətləri komandasının idarə edilməsində mühüm bir rol oynayacaq. Müvəffəqiyyətli namizəd, mükəmməl müştəri xidmətləri təqdim etmək, müştəri sorğularını səmərəli şəkildə həll etmək və şirkət daxilində müştəri xidmətləri standartlarını yüksəltmək üçün çalışacaq.
  • Müştəri xidmətləri strategiyalarının inkişafı və həyata keçirilməsi
  • Müştəri sorğularının, şikayətlərinin və təkliflərinin səmərəli idarə olunması
  • Müştəri məmnuniyyətini artırmaq üçün tədbirlərin tətbiqi
  • Müştəri xidmətləri komandasının idarə edilməsi, təlimi və inkişafı
  • Müştəri xidmətləri proseslərinin və sistemlərinin optimallaşdırılması

Tələblər:

  • İşdə ən azı 2 il müvafiq təcrübə
  • Güclü kommunikasiya və müştəri xidməti bacarıqları
  • Problemlərin həlli və qərar qəbul etmə qabiliyyəti
  • Komanda idarəetmə təcrübəsi
  • Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarıqları
  • Texnologiyaya yiyələnmə və müxtəlif CRM sistemlərində işləmə təcrübəsi arzu olunandır

Biz nə təklif edirik?

  • Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
  • Şəhər mərkində iş yeri
  • Peşəkar inkişaf və inkişaf üçün imkanlar ( təlimlər, seminarlar və s.)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Müştəri Xidmətləri Meneceri” yazaraq hr@apar.az  ünvanına göndərmənizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness” mərkəzinə Qeydiyyatçı tələb olunur ...

1st Fitness

18.11.2024 - Bakı

600₼
Kadrlar üzrə mütəxəssis

AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

15.11.2024 - Bakı

Sənədləşmə üzrə kiçik mütəxəssis

Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

Resepşn

Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

14.11.2024 - Bakı

400₼
Operator (Soyuq satis)

Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Seylab

07.11.2024 - Bakı

600₼
Reception

Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

30.10.2024 - Bakı

600 — 800 ₼
Resepşn

Port Rivoli Baku otelinin gecə növbəsinə Receptionist axtarır. ...

Port Rivoli Baku

28.10.2024 - Bakı

600₼
Operator

Aznet Technologies QSC - Operator Vəzifəsi üzrə Təcrübə Proqramı elan edir. ...

Aznet Technologies

23.10.2024 - Bakı

500 — 600 ₼
Receptionist

ADORE Kompani MMC Receptionist vakansiyasını elan edir. ...

ADORE Kompani MMC

22.10.2024 - Bakı

Çağrı mərkəzi üzrə operator

Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Baku Digital MMC

03.10.2024 - Bakı