Qısa məzmun
AZDIZAYN GROUP Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.
“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.
Ekspeditor:
Namizədə olan tələblər:
- Bakalvr üstünlükdür;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro, Fora);
- Satış bacarığı;
- Təqdimetmə bacarığı,
- Planlama bacarığı,
- Ünsiyyət bacarığı,
- Müştəriyönümlülük
İş haqqında məlumat:
- Müştərilər tərəfindən gələn sifarişlərin operatora yönləndirilməsi
- Müəyyən edilmiş ərazilərdə mağazaların ziyarət edilməsi, yeni müştərilərin tapılması
- Yeni müştərilərlə görüş zamanı məhsullar haqqında ətraflı məlumat verilməsi, təqdimat edilməsi
- Borc öhdəliklərinə nəzarət edilməsi, borcun yığımının təmin edilməsi
- Ərazilərdə mağazalarda olan şirkət məhsullarına vitrində nəzarət edilməsi
- Müştəri satışlarının analiz edilməsi və mütəmadi əlaqələrin saxlanması
- Geriqayıdan məhsul olduqda topdan satış müdirinə və anbara məlumat verilməsi
- Topdan satış müdirinə günlük hesabatların verilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı; fix və bonus birlikdə 1000-1500 AZN.
Vakansiyaya müraciət üçün CV-ləri “Ekspeditor” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
AzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...