Qısa məzmun
Stamperia Print Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Stamperia – 14 ildir ki yerli və xarici bazar üçün premium çap məhsullarını istehsal edir.
Kifayət qədər korporativ müştərilərimiz və çox sayda daxil olunan zənglərimiz var. Onlarla səmərəli və dostca əlaqə saxlamaq, zəngləri düzgün yönləndirmək və ziyarətçilərin qəbulunu təşkil etmək lazımdır.
İş həm sakit həm də dinamik olur, gözlərdə kədər yaratmır və darıxdırıcı deyil. Gün hiss olunmadan keçir, bu səbəbdən əksər əməkdaşlarımız vaxtında evə getməyi unudurlar.
Biz çox işləməyi bilən və işindən zövq alan aktiv insan axtarırıq. Komandada, digər bölmələrlə məhsuldar əməkdaşlıqda işləmək bacarığı bizim üçün vacibdir.
Məhsulu və prosesləri öyrədib, işə tez bir zamanda qatılmağa kömək edəcəyik. Əsas dəyər – hər kəsin öz yerində olmasıdır. Bu o deməkdir ki, işdən zövq və pul əldə etməlisiz.
Öhdəliklər:
Nə etmək lazımdır:
- ofis və rəhbərlik üçün inzibati dəstək
- daxil olan və gedən zənglərin, yazışmaların effektiv idarə edilməsi
- ziyarətçilərə səmimi xidmət
- sənədlərin idarə edilməsi
- ofisdə təmizlik və səliqəliyin qorunması
- sənədlərin, hesabatların, təqdimatların hazırlanması
- görüşlərin və iclasların təşkili
Tələblər:
Siz bizim üçün uyğunsunuz, əgər:
- müvafiq vəzifədə 3 ildən çox ofislərdə iş təcrübəniz var
- azərbaycan və rus dillərinin mükəmməl bilikləri, ingilis dilini bilmək arzuolunandır
- şirkət daxilində və müştərilərlə müsbət və konstruktiv əlaqə
- dəyişən şəraitə tez uyğunlaşmağa bacarıqlısınız
- verilən tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşırsınız
Şərtlər:
Nə təklif edirik:
- İş cədvəli – həftədə 5 iş günü, saat 9-dan 18-ə qədər.
- N. Narimanov metrosundan 15 dəqiqəlik piyada məsafə – Aşıq Molla Cümə küçəsi,46B
- rahat və komfortlu ofis
- inkişaf etmək və öyrənmək imkanı
- müsahibə nəticələrinə əsasən əmək haqqı
Biz sizə tez bir zamanda adaptasiya olub, şirkətimizin və məhsullarımızın xüsusiyyətini anlamağınıza yardım edəcəyik. Sizin asanlıqla iş prosesinə başlamağınız üçün bütün təlimat və standartları hazırlamışıq.
Vakansiya üzrə müraciətinizə məmnun olarıq.
Maraqlanan şəxslər CV-lərini məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...