Tədris şöbəsinə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600 AZN. StudyLab Tədris şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizəddən tələblər: 

  • B2 səviyyədə ingilis dili biliyi mütləqdir.
  • Təhsil idarəetməsi (Özəl kurs) sahəsində menecer vəzifəsində 1-3 il iş təcrübəsi mütləqdir. 
  • Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək).
  • Excel proqramında sərbəst işləyə bilmək.

Vəzifə öhdəlikləri:

  1. Tələbələrin beynəlxalq imtahanlara qeydiyyatının aparılmasını həyata keçirmək. (SAT, IELTS, TOEFL, Cambridge, TYS, YÖS və s).  Qeyd: Bu bənd zəruridir və bunun üçün B2 səviyyədə ingilis dili biliyi tələb olunur.
  2. Təhsil mərkəzində daxili sınaq imtahanlarının təşkilini həyata keçirmək.
  3. Tələbələrin təhsil haqda hesabatlarını həftəlik valideynlərə təqdim etmək.
  4. Mərkəzə daxil olan müraciətlərin cavablandırılması, qeydiyyata alınması və müvafiq sistemə daxil edilməsi.
  5. Tələbələrin dərs cədvəllərinin tərtib olunması və müəllimlərlə koordinasiyası.
  6. Şöbə rəhbərinə gündəlik, həftəlik və aylıq hesabatları təqdim etmək.

İş haqda məlumat:

  • İş qrafiki: 6 gün
  • 5 gün saat 10:00-19:00
  • Şənbə- saat 10:00 -16:00
  • Əmək haqqı: 600 AZN.
  • İldə bir dəfə performans dəyərləndirilməsinə uyğun olaraq artan əmək haqqı sistemi.
  • Mütəxəssis vəzifəsindən başlayaraq Baş Mütəxəssis, Aparıcı Mütəxəssis vəzifələrinə qədər yüksəlmək imkanı.
  • Rəsmi əmək müqaviləsi ilə iş.
  • Ünvan- City Point biznes mərkəzi Cəlil Məmmədquluzadə 102 A. (“StudyLab” təhsil mərkəzi).

Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada qeyd edilmiş elektron ünvanına “Tədris şöbəsində mütəxəssis” başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

English Instructor (Teacher)

Full-time / Part-time English Instructor (Teacher) London School of Azerbaijan London School of Azerbaijan is currently seeking a motivated and highly qualified Russian ...

London School Azerbaijan

14.10.2024 - Bakı