Qısa məzmun
Cronos Construction Satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Kvalifikasiya üzrə tələblər
- Müvafiq sahə üzrə ali və ya ixtisas təhsili
- Sahəsi üzrə 3-4 il əmək stajına malik olmalıdır (xüsusilə inşaat sahəsi üzrə);
- Malların və avadanlıqların xüsusiyyətlərini bilməlidir;
- Malların qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir;
- Sahəsinə aid olan sənədlərini tərtib etmə bacarığına malik olmalıdır;
- Kompüter bilikləri üzrə : MS Office və Outlook (xüsusi ilə Excell) proqramlarını yaxşı səviyyədə bilməlidir;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Dil bilikləri: Azərbaycan dili (rus və ya ingilis dilini bilməsi üstünlükdür);
- Satınalma müqavilələrinin tərtib etməyi bilməli;
Vəzifə Öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender sorğularının qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması;
- Təchizatçıların analizi və digər proseslərin effektiv idarə olunması;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi;
- Ödəniş sorğularını həyata keçirməsi, ödənişlərə nəzarət edilməsi;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Xarici və daxili bazarın təhlili
Biz təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq.
- İş Yeri: Bakı şəhəri
Uyğun namizədlər CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Logistics Internship
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...
Xarici satınalma üzrə mütəxəssis
İnci Group of Companies Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...