Qısa məzmun
Baku Marriott Hotel Boulevard Elektrik vəzifəsi üzrə vakansiya elan edir.
Şöbə: Mühəndislik
Vəzifə: Elektrik
Şirkət: Baku Marriott Hotel Boulevard
Ünvan: Azərbaycan, Baki ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 28.08.2024
İşin təsviri
- Mehmanxananın işıq/elektrik qurğularının ləvazimatlarının təmir və istismar edilməsi ;
- Mehmanxananın planlı-profilaktik təmir sisteminə və təmir işlərinin qeydiyyatı sisteminə aid bütün cari işlərin yerinə yetirilməsi ;
- Rəhbərliyə təmirlərin statusu və gözlənilən xərclər haqqında məlumatın verilməsi və dəyişdirilmə işlərinə baxılmasının nə vaxt münasib olacağının göstərilməsi ;
- Lazımi istismar, texniki təhlükəsizlik proseduraları və bütün avadanlığın təmizlənməsi barəsində həmkarlarının təlimatlandırılması prosesində iştirak etmək ;
- Lazımi ehtiyat hissələrinin inventar səviyyələrinin yaradılması və saxlanılması ;
- Avadanlığın lazımi istismar və cari təmir təcrübələrinə dair işçi yığıncaqlarının keçirilməsi və/və yaxud işçi yığıncaqlarında iştirak etmək ;
- Müəyyən edilmiş vaxt intervallarına müvafiq olaraq, elektrik avadanlıqlarına baxış keçirilməsi, cari təmir proqramının həyata keçirilməsi və yerinə yetirilməsi ;
- Mehmanxananın elektrik avadanlığı üzrə müntəzəm yoxlamaların (servisin) aparılması və kompüter sistemində sənədləşdirilməsinə dəstək vermək ;
- Növbəti baxış və yoxlamalar üçün müvafiq faylların qorunması, qeydiyyat cədvəllərinin aparılması və ehtiyatların saxlanılmasının təmin edilməsi ;
- Mehmanxananın bütün sahələrində elektrik qurğuların saz vəziyyətdə saxlanmasına cavab vermək ;
- Yeni elektrik avadanlıqlarının və şəbəkələrinin quraşdırmasını edir ;
- Tərtib olunmuş cədvələ əsasən bütün elektrik avadanlıqlarının planlaşdırılmış qabaqlayıcı-profillaktiki təmirinin həyata keçirilməsi ;
- Ehtiyyat hissələrinin işləmə nəticəsində yeyilməsi, zəyifləməsi, sıradan cıxması səbəblərini müəyyən edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görülür ;
- Texniki xidmət və əməliyyat spesifikasiyalrı, avadanlıqların texniki şərtlərinə uyğun olaraq elektrik avadanlıqlarının, müəssisənin elektrik şəbəkələrinin və transformatorlarının düzgün istismarını və xidmətini təmin etmək ;
- Elektrik cihazlarında yaranan nasazlıqları aradan qaldırır, təmir, montaj və sazlama işlərini yerinə yetirir.
Namizədə olan tələblər
- Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir) ;
- Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili ;
- Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Elektrik” qeyd edərək CV-lərini elektron ünvanına 30 avqust 2024-ci il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...