Kateqoriya üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aqrar İnnovasiya və Təchizat Şirkəti Kateqoriya üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • Şirkətin strategiyasını və hədəflərini əsas tutaraq iş prosesini həyata keçirmək;
  • Kateqoriya daxilində qiymətlərin formalaşdırılması və bazarda qiymətlərin davamlı təhlilini
  • aparmaq;
  • Kateqoriya üzrə satış və mənfəətlilik, eləcə də digər səmərəlilik hədəflərinə nail olmaq məqsədi ilə məhsul portfelini formalaşdırmaq;
  • Məhsulların sifarişlərinin formalaşdırılmaq və təqib etmək;
  • Məhsul ehtiyatının (stok) planlanmasını icra etmək və davamlı olaraq anbarla əlaqədə olmaq;
  • Qiymət və brend seqmentlərində analizləri aparmaq;
  • Bazar araşdırılmasının təmin edilməsini daim nəzarətdə saxlamaq;
  • Təchizat və satış planlarının hazırlanmasında iştirak etmək;
  • Kateqoriyanın daimi alternativ çeşidlərlə təmin edilməsi üçün müvafiq araşdırılmalar aparmaq;
  • Alınan malların müvafiq dövlət icra orqanlarının tələblərinə uyğun olmasına nəzarət etmək;
  • Ehtiyac üzrə müxtəlif kampaniyalarının təşkili və icrasına nəzarət etmək;
  • Müəyyən edilmiş məhsul portfelinə əsasən araşdırmalar etmək: qiymət, həcm, keyfiyyət və texniki xüsusiyyət üzrə şərtlər haqqında məlumatlar əsasında satınalma şöbəsinə yönləndirmək;
  • Kateqoriya çərçivəsində məhsul və markaların vizual merçendayzinq tələblərini müəyyən etmək və təqdim etmək;
  • Məhsullarla bağlı təqdimat və təlimlərin keçirilməsini planlamaq;
  • Komandaya rəhbərlik edib iş fəaliyyətlərinə nəzarət etmək;
  • Satış komandasını hədəflərə doğru yönəltmək, komandanın motivasiyasını yüksək saxlamaq;
  • Dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək

Namizədə dair tələblər:

  • Ali təhsil (marketinq, biznes, iqtisadiyyat, maliyyə sahələri üstünlükdür)
  • Satınalma, kateqoriya sahəsində azı 3 il iş təcrübəsi
  • Yüksək səviyyədə MS Office və 1C proqram biliyi
  • Mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
  • Peşakar idarəetmə bacarığı
  • Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı
  • Mükəmməl Azərbaycan dili biliyi, rus dili və ingilis dili biliyi arzu olunandır.

İş barədə məlumat:
İş yeri: Chinar Park BM, Ə.Rəcəbli küç.
5 günlük iş qrafiki, iş saatları 08:30 – 17:30
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@aisco.az elektron ünvanına başlıq
hissəsində “Kateqoriya üzrə menecer“ yazaraq göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Marketinq meneceri

Saloğlu Fərdi Firması Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Saloğlu Fərdi Firması

24.09.2024 - Bakı