Qısa məzmun
Sinteks Group of Companies Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Kiçik hüquqşünas tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu hüquqi sənədləşmə işlərini həyata keçirməsində köməklik göstərməkdir.
Vəzifə öhdəlikləri:
- Alqı-satqı, xidmət və diqər müqavilələrinin hazırlanmasında köməklik göstərir və bütün müqavilələri arxivləşdirir.
- Şikayətlərin hüquqi həlli və cavablandırılmasında iştirak edir.
- Xarici vətəndaşlara iş və müvəqqəti yaşayış icazələrinin alınmasında sənədlərin hazırlanmasını təmin edir.
- İcra sənədlərin qəbulu və icraatını təşkil edir.
- Daşınan və daşınmaz əmlakın sığortalanmasını təmin edir.
- Hüquqi sənədlərin tərtibatında iştirak edir və ilkin versiyaları hazırlayır.
Təhsil:
- Hüquq üzrə bakalavr dərəcəsi
Təcrübə:
- Hüquqi sənədlərlə 1 il iş təcrübəsi
Professional biliklər:
- Azərbaycan Respublikasının Qanunvericiliyi
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- Danışıqların aparılması
- Ünsiyyət bacarıqları
- Detallara diqqət
- Nəticə yönümlülük
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik hüquqşünas” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.