Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Təchizat sahəsində ən az 1 il iş təcrübəsi tələb olunur. MS Office proqramları üzrə biliklər tələb olunur.
İşçiyə qoyulan tələblər:
- Təchizat sahəsində ən az 1 il iş təcrübəsi
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması
- Bazarı təhlil etmək bacarığı
- Danışıqların aparılması bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
- Dil bilikləri:Rus dili, İngilis dili
- MS Office proqramları
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
Vəzifə öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Açılmış sifariş formalarının analizi
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması
- Təchizatçıların seçimi və qiymətləndirilməsi
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması
İş şərtləri:
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı 500-700 AZN
- İcbari sığorta
- İş vaxtı: 9.00 – 17.00 (bazar ertəsi – şənbə)
- İstirahət günləri: bazar, bayram günləri
Maraqlananlar öz CV formalarını a.nabiyeva@nabiyeva.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində Satınalma üzrə koordinator qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...