Marketinq üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Hilton Garden Inn Baku Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin məqsədlərinə uyğun effektiv marketinq strategiyaları və planlar hazırlamaq;
  • Bazar tendensiyalarını, müştəri, qonaq tələblərini öyrənmək, rəqabət mühitini analiz etmək;
  • Reklam və promo kampaniyalarının hazırlanması və həyata keçirilməsi, müxtəlif kanallarda (sosial media, çap reklamları, televiziya və s.) kampaniyaların təşkil edilməsi;
  • Şirkət brendinin inkişafı və idarə olunması, brend mesajlarının uyğunluğunu təmin etmək;
  • Sosial media, SEO (Search Engine Optimization), SEM (Search Engine Marketing), e-mail marketinq və digər dijital marketinq fəaliyyətlərini həyata keçirmək;
  • Kampaniya nəticələrini və marketinq fəaliyyətlərinin effektivliyini ölçən hesabatlar hazırlamaq;

Tələblər:

  • Marketinq, İqtisadiyyat, Biznes İdarəetməsi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi (müvafiq magistr dərəcəsi üstünlükdür);
  • Marketinq sahəsində əvvəlki təcrübə (minimum 2-3 il) və ya müvafiq sahədə iş təcrübəsi;
  • Müxtəlif marketinq alətləri və texnikalarını bilmək, bazar analizləri aparmaq;
  • Sosial media, SEO, SEM və digər dijital alətlər haqqında bilik;
  • Kreativ kampaniyalar yaratmaq və yeni ideyalar təklif etmək;
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi;

İşçinin təminatları:

  • Qidalanma (işçi yeməkxanasında);
  • Könüllü tibbi siğorta;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq üzrə mütəxəssis” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Oxşar vakansiya siyahısı:

Marketinq meneceri

Saloğlu Fərdi Firması Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Saloğlu Fərdi Firması

24.09.2024 - Bakı