Qısa məzmun
Samadov Law & Audit Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Ali təhsilli (Maliyyə, İqtisadiyyat , Mühasibat) ;
- Mühasibat uçotu sahəsində minimum 5 illik təcrübə;
- İstehsalat və ya tikinti sahəsində təcrübənin olması üstünlükdür;
- E-taxes.gov.az portalından istifadə etmək bacarığı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Mükəmməl səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.).
- Komandada işləmək bacarığı;
- 1C 8.3, BTP, EFP proqramlarından istifadə qaydalarını bilməli;
- İngilis və ya rus dillərindən birini bilmək üstünlükdür;
- Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
- Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
- Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
- Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti,
Vəzifə Borcları:
- Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirmək (əsas vəsaitlər, maddi qiymətlilər, istehsal üzrə məsrəflər, məhsulların realizasiyası, təsərrüfat – maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu) ;
- Şirkətində istifadə olunan 1C Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
- Məhsulların (iş, xidmətlərin) maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar eetmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
- Bank əməliyyatlarının həyata keçirir;
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunmasında və göndərilməsini həyata keçirir;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir;
- Mühasibatlıq informasiyalarının məlumat bazalarının formalaşdırılması, aparılması və saxlanılması üzrə işi icra etmək;
- Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsini icra etmək.
İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi – cümə; iş saatı: 09:00 – 18:00;
İş yeri ünvanı: Bakı şəhəri, Nərimanov rayonu , Təbriz küçəsi.
Əmək haqqı: 2500 -3000 azn (Namizədin təcrübəsindən aslı olaraq)
Qeyd: Namizəd istehsalat sahəsində çalışan müştəri şirkətimiz üçün axtarılmaqdadır.
Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Baş mühasib” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...