Qısa məzmun
HR Team MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: HR Team MMC / Ünvan : Bakı şəh, Nərimanov ray, A.Salamzadə küç.ev 65A
Vəzifə öhdəlikləri:
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- Aylıq iş vaxtının uçot tabellərin hazırlanması;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- Əməkhaqqı kartlarının sifarişinin verilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi ;
- İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
- Xidmət göstərilən müəssisələrə əmək qanunvericiliyi ilə əlaqədar mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi;
- DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavanlandıırlması;
- Vəzifə təlimatlarının yazılması.
Tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
- Kollektiv və işçi heyəti ilə işləmə bacarığı;
- Məsuliyyət, diqqət və dəqiqlik.
Uyğun namizədlər CV-lərini (mövzu yerində müraciət olunan vakansiyanın adını qeyd etmək şərtilə) nurana.novruzlu@hrteam.az e-poçt ünvanına paylaşa bilərlər.
Oxşar vakansiya siyahısı:
600₼
İnsan resursları üzrə mütəxəssisSeylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...