Qısa məzmun
Aznet Technologies QSC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifələr:
- Maliyyə hesabatlarını (Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və ya Zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti hesabatı, Kapitaldakı dəyişiklik haqqında hesabat) hazırlamaq;
- Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
- Tabeçiliyində olduğu Maliyyə Direktoruna gündəlik hesabatların verilməsi.
Tələblər:
- Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi : Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
- Azərbaycan dili (ana dili); İngilis dili (B2); Rus dili arzuolunandır
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
- Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:
İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00
Nahar: 13:00-14:00
İstirahət günləri: şənbə, bazar - Əmək haqqı: Razılaşma yolu ilə
- Ünvan: Çinar Park Biznes Mərkəzi. 1-ci bina
- Email: hr@az-net.az
CV göndərilərkən məzmun yerində vakansiyanın qeyd olunması mütləqdir.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Super Toys Baş mühasibin köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 500 AZN + bonus. Super Toys Kassir Sədərək vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC Group MMC Lənkəran və Mingəçevir şəhərləri üzrə regional koordinator vakansiyası üzrə işə qəbul elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu 1-C programı üzrə proqramist vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Daxili nəzarət və təftiş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 500 AZN + Bonus. Emsan Kredit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır. ...