Junior Marketing Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Prospect Cloud ERP Junior Marketing Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Məhsulun imkanlarını özündə düzgün şəkildə  əks etdirən kontentin hazırlanmasını təşkil etmək;
  • SEO üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi və axtarış sistemlərinə əlavə olunması;
  • Youtube, Linkedln, Google, Facebook, Tiktok və Instagram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi prosesini təşkil etmək;
  • Sosial media reklamlarının tərtib edilməsi və optimallaşdırılmasının həyata keçirilməsi (Facebook, Instagram, YouTube, Tik-Tok və s.);
  • Müxtəlif rəqəmsal marketinq kanalları üzərində kommunikasiya sistemlərinin qurulması;
  • Google Ads reklamları vasitəsilə Youtube və müxtəlif yerli saytlarda reklamlar həyata keçirmək

Namizədə dair ümumi tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (rus və ingilis dilləri alqışlanır);
  • Analoji sahədə iş təcrübəsi: 1-3 il;
  • Yaş aralığı: 20-28

Şirkət haqqında:

Şirkətimiz 20 ildən artıqdır ki, İKT sahəsində geniş spektrli fəaliyyət göstərir. Əsas etibarı ilə, Biznes İdarəetmə həllərinin lahiyələndirilməsi, hazırlanması və təbiqi fəaliyyətləri istiqamətində ixtisaslaşmıq. İri dövlət əhəmiyyətli lahiyyələrdən KOB-ların avtomatlaşdırılmasına qədər müxtəlif çeşidli həllər təqdim edirik.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (Hibrid iş rejimi də mümkündür)
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: 800 – 1000 AZN

Oxşar vakansiya siyahısı:

Marketinq meneceri

Saloğlu Fərdi Firması Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Saloğlu Fərdi Firması

24.09.2024 - Bakı