Qısa məzmun
Nurgun Holding Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. Sürücülük vəsiqəsi və şəxsi avtomobil vacibdir.
İş haqqında məlumat
- Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
- Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
- Təyin olunmuş satış planlarının icrası;
- Müştərilərdən ödənişlərin toplanması;
- Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
- Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
- Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
- Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.
Tələblər:
- Ali təhsil;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil;
- Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
- Satışları təhlil etmək bacarığı;
- Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
- Bakı şəhərində qeydiyyatda olmalı;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
- İnkişafa meyilli;
- Öz üzərində işləyən;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
- Yaş həddi 25-35 arası
Digər məlumatlar:
- yüksək karyera imkanları;
- iş saatları: 09:00-dan 18:00-dək;
- 5 günlük iş qrafiki;
CV göndərərkən mövzu qismində “ Satış nümayəndəsi” sözünün yazılması mütləqdir!
Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.
Oxşar vakansiya siyahısı:
AzeriMed LLC Mal qəbulu üzrə kiçik operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Çeşidləyici vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE Kompani MMC Satıcı-məsləhətçi vakansiyasını elan edir. ...
ADORE Kompani MMC Xəzinədar vakansiyasını elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xurcun mağazalar şəbəkəsi Satış təmsilçisi (Duty Free Zone) vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Emsan şirkəti Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Ekspeditor (Satış təmsilçisi) vakansiyasını elan edir. ...