Daxili Audit İdarəsinin İnformasiya texnologiyaları auditi şöbəsinin auditoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xalq Bank Daxili Audit İdarəsinin İnformasiya texnologiyaları auditi şöbəsinin auditoru vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/m2lr1nv6gm

Təsvir

  • İllik audit planına əsasən Bankın funksional İT struktur bölmələrinin auditini aparmaq;
  • Bank üzrə informasiya sistemlərində və avtomatlaşdırılmış əməliyyat proseslərində daxili nəzarət sisteminin effektivliyinin, adekvatlığının yoxlanılmasını və qiymətləndirilməsini təmin etmək;
  • İnformasiya texnologiyaları sahəsində mövcud olan riskləri müəyyən etmək və həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
  • Bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasında iştrak etmək;
  • İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Tələblər

  • Ali magistr təhsili;
  • Müvafiq sahə üzrə minimum 1 il, və ya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi (kiber təhlükəsizlik) sahəsində minimum 2 il təcrübə;
  • Azərbaycan dili mükəmməl, İngilis dilini isə orta səviyyədə bilmək zəruridir;
  • Müvafiq sahə üzrə mövcud olan çərçivələr və standartlar (ITIL, COBIT, ISO 27001, PCI DSS, NIST və s.) haqqında biliklərə malik olan namizədlərə üstünlük veriləcəkdir;
  • İnformasiya sistemlərinin idarə olunması üzrə iş təcrübəsi;
  • İnformasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları haqqında biliklərin olması;
  • İT və təhlükəsizlik prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları və uyğunluq tələbləri haqqında biliklər;
  • Müxtəlif maraqlı tərəflərlə səmərəli qarşılıqlı əlaqə yaratmaq üçün həm yazılı, həm də şifahi olmaqla güclü ünsiyyət bacarıqlarının olması;
  • Analitik təfəkkür, təhlil və risklərin müəyyən edilməsi bacarığı;
  • Hesabatların tərtib edilməsi üzrə bilik və bacarıqlar.

Oxşar vakansiya siyahısı:

Beynəlxalq münasibətlər üzrə mütəxəssis

CRESCENT Araşdırmalar Mərkəzi Beynəlxalq münasibətlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

CRESCENT Araşdırmalar Mərkəzi

16.10.2024 - Bakı