Qısa məzmun
ASADZADESANAN MMC İdxal üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Marketinq, (Beynəlxalq) Biznes, Maliyyə və ya hər hansı digər əlaqəli sahədə təhsili olan şəxslərə üstünlük verilir;
- İdxal sahəsində 5 il təcrübə;
- Sifaris olunmuş məhsul barəsinde kifayet qədər məumatlı olmaq və müştərinin məlumatlandırılmasında səhvə yol verməmək ;
- Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları, müştəri yönümlülük , yarana biləcək gergin vəziyyətləri idare etmək bacarığı, stresə davamlı;
- Azərbaycan, İngilis və Rus dillərin sərbəst yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
- Kompüter bilikləri mütləqdir (MS Office);
- Yaş həddi; 30-45
İş haqqında məlumat:
- Avtomobil idxalinda bazar araşdırmalarının aparılması, bazar tendensiyalarının təhlili;
- Avtomobil sferasında gündəlik yenilənən marka ve modelleri izləmək şirkətin sifariş üzərindən ölkəyə idxal edəceyi marka ve modellerin topluluğunu dərindən öyrənmək ;
- Avtomobil təchizatçıları və daşıyıcıları ilə münasibətlərin qurulması, onlarla uyğun qiymətlər və şərtlər haqqında danışıqların aparılması və bu barədə rəhbər şəxslərə təkliflər toplusu hazırlamaq ;
- İdxal olunacaq məhsulun ödənişi ödəndikdən etibarən məhsulun çatma müddətinə qədər bütün prossesə rəhbərlik etmək ve gedişatda tələb olunan sənədləsmələrin zamanında yerinə yetirilməsini idarə etmək;
- Məhsulun ölkəyə daxil olduğu vaxt təhvil təslim zamanı məhsulun təhvil verilməsini aktlaşdırmaq;
- Məhsul sifarişlərində deadline -lara diqqet yetirmək , müstərinin idxal prossesində mütəmadi melumatlandırılmasını yerine yetirmək, gecikmələr olduğu halda öncədən məlumatlandırmaq;
- Satış və marketinq strategiyalarını yaxşı anlamaq ve idxal olunacaq məhsulun idxal prossesini öncədən satiş komandası ile birlikdə hazırlamaq;
- Təkliflərin şirkətin idxal strategiyasına uyğun qiymətləndirilməsi;
- İdxal sənədlərini mükəmməl şekildə bilməli;
- Müqavilə və sənədləşdirmə işlərinin tam dövrəsinin icrası;
- Sənədlərin vaxtında çatması prossesini izləmək və sənədlərin müştərilərə zamanında göndərilməsini tələb etmək ;
- Sifarişlərlə bağlı problemlərin səmərəli şəkildə müştəriyə və idxalçı şirkətin xeyrinə və vaxtında həlli;
- İdxal olunan maşınların təşviqi məqsədilə reklam şöbəsi ilə işləmək;
- Bazar dəyişikliklərinin, rəqiblərin və malların qiymətlərinin monitorinqi;
- Yeni marketinq və satış imkanlarının qiymətləndirilməsi, bu qiymətləndirmələrin müvafiq rəhbərliyə təqdim edilməsi;
- Gündəlik, həftəlik, aylıq, illik hesabat və analitik materialların hazırlanması;
- İdxal payının artırılması strategiyasının hazırlanması və tətbiqi.
İş şəraiti:
- Korporativ nömrə;
- Əmək haqqı-1500-2000
Vakansiyaya müraciət üçün CV-ləri “İdxal üzrə menecer” başlığı ilə hr@asadzadesanan.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.