Logistika üzrə koordinator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək;
  • Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək;
  • Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Yaş həddi; 30-45

İş haqqında məlumat:

  • Maşınların vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
  • Daşınma prosesində tələb olunan gömrük və digər tələb olunan sənədləri hazırlamaq;
  • Xarici və daxili əlaqələrin yaradılması, çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
  • Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
  • İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
  • Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
  • Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan maşınların razılaşmaya uyğun olmasına nəzarət;
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
  • Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi;
  • Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
  • Xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
  • Yük nəqliyyat qaimələrinin (daxili və xarici daşınmalarla bağlı) geri dönüş qeydiyyatını aparmaq, həftəlik və aylıq hesabat hazırlamaq
  • Ölkə daxili və ölkə xarici göndərişlərinin rəsmiləşdirilməsində iştirak etmək və dəstək funksiyasını yerinə yetirmək

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı -1500-2000

Vakansiyaya müraciət üçün CV-ləri “Logistika üzrə koordinator” başlığı ilə hr@asadzadesanan.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Logistics Internship

Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...

International Logistics Company

21.10.2024 - Bakı

350 — 400 ₼
Anbardar

Nur Collection MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Nur Collection MMC

11.10.2024 - Bakı

500₼
Anbarda toplayıcı

Logist LLC Anbarda toplayıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

09.10.2024 - Bakı

Xarici satınalma üzrə  mütəxəssis

İnci Group of Companies Xarici satınalma üzrə  mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

08.10.2024 - Bakı