Qısa məzmun
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir.
Təsvir
- Efiri izləmək;
- Cari iş günün baş verən dəyişikləri efir cədvəlinə daxil edib aidiyyatı üzrə yönləndirmək;
- Növbəti günün efir cədvəlini kanalın yayım konsepsiyasina uyğun olaraq anons, sosial reklam və reklam da daxil olmaqla tərtib etmək;
- Anonsları yoxlayıb qəbul etmək və efirə yönləndirmək;
- Rekamların Azərbaycan Respublikasının “Reklam haqqında qanunu”-na uyğun yerləşdirilməsini təmin etmək;
- Efir cədvəlinə daxil olmayan və yayım zamanı efirdən çıxan reklamlar haqqında Kommersiya departamnetinə səbəbini yazmaqla xəbərdarlıq məktubu göndərmək;
- Tələb olunduqda reklam həcmini nəzərə almaq şərti ilə növbəti gün canlı və ya yazı variantında yayımlanacaq proqramların dəqiq xronometrajı barədə müvafiq şöbələrə məktub göndərmək;
- Tələb olunduqda Kommersiya departamnetinə növbəti günün və ya həftənin mümkün reklam həcmi barədə məktub göndərmək;
- Cari günün efir cədvəli hesabatını efir jurnalında qeyd etmək;
Tələblər
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Mükəmməl Azərbaycan və türk dili biliyi;
- Detallara diqqətlilik;
- Orfoqrafik yazı qaydalarına rəayət etmək;