Qısa məzmun
Kontakt Home İnsan resurslarının idarə edilməsi və təlim departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- İnsan resursları və təlim departamentinin işinin təşkili;
- İnsan resurslarının planlaşdırılması və idarə olunması;
- Şirkətin strateji hədəflərinə xidmət göstərən əməliyyat planlarının icrasının təmin olunması;
- İşə qəbul prosesinin təşkili və ona nəzarət;
- İşə qəbul və adaptasiya planının hazırlanması və plana uyğun olaraq adaptasiya tədbirlərinin təmin olunması;
- İnsan resursları inzibatçılığı və rəsmiləşdirmə işlərinin təşkili;
- Prosedur və qaydaların hazırlanması və inkişafı;
- Əməyin qiymətləndirilməsi prosesinin təşkili və idarə olunması;
- Təlim ehtiyyaclarının müəyyən edilməsi;
- İşçilər üçün inkişaf və təlim proqramlarının hazırlanması;
- Daxili və xarici təlimlərin təşkil olunmasına nəzarət;
- İşçi məmnuniyyətinin ölçülməsi və müvafiq olaraq təkliflərin hazırlanması;
- Həvəsləndirmə və mükafatlandırma sisteminin inkişafı;
- Şikayyət, təklif və müraciətlərin araşdırılması və müvafiq qərarların qəbul edilməsi;
- İntizam proseslərinin idarə olunması;
- İR üzrə audit işlərinin həyata keçirilməsi;
- İnsan resurları üzrə müxtəlif hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- İnsan resurslarının inkişafı üzrə təkliflər hazırlamaq;
- İnsan resursları üzrə potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması.
Tələblər
- Ali təhsil;
- İnsan resursları sahəsində ən azı 7 il iş təcrübəsi, o cümlədən bu sahədə rəhbər vəzifəsində minimum 3 il iş stajı;
- AR əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında yüksək biliyə malik olmalı;
- Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilməli;
- İR proqram təminatları ilə işləmə təcrübəsi arzuolunandır.
Şəxsi keyfiyyətlər:
- Liderlik xüsusiyyətləri;
- Təşkilatçılıq bacarığı;
- Gərgin iş şəraitində işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Diqqətli və məsuliyyətli.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...