Qısa məzmun
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir.
İşin Təsviri: Dinamik və müasir mağazalarımızda ofis ləvazimatları, kiçik məişət əşyaları və elektrotexnika məhsullarını müştərilərə təqdim edərək onların ehtiyaclarına uyğun həllər tapmaq.
- Müştəriləri gülərüz qarşılamaq.
- Məhsullar haqqında müştərilərə ətraflı məlumat vermək.
- Vitrinin səliqəyə salınması.
Sizə Nələr Təklif Edirik:
- İnkişaf İmkanları: Peşəkar təlimlər və karyera yüksəlişi.
- Gülərüz İş Mühiti: Dostluq və komanda ruhu olan bir iş yeri.
- Müsbət Motivasiya: Satışdan əldə etdiyiniz bonuslarla gəlirinizi artırın.
- Dəyişkən İş Qrafiki.
Namizədə Dair Tələblər:
- Orta təhsil (ali təhsil üstünlükdür).
- 18-30 yaş arası.
- Ünsiyyət qurma və müştərilərlə işləmək bacarığı olmalı.
- Fikrini aydın ifadə etmə və səlist danışıq qabiliyyəti.
Bacarıqlara əsasən tələblərdə güzəştlər edilə bilər.
İş Şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- Sabit əmək haqqı və satışdan bonuslar.
- Nahar təmin edilir.
Maraqlananlar: Siz də komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi hr.inci@inci.az elektron ünvanına “Satıcı” mövzusu ilə göndərin və ya 077-441-55-22 nömrəsinə WhatsApp vasitəsilə yaza bilərsiniz.
Vakansiya aktivdir: Xırdalan, 28 May, Elmlər, İnşaatçılar, Qarayev, Bakıxanov, Neftçilər, Xalqlar, Əhmədli bölgələrində (filial seçimi namizədin yaşayış ünvanına yaxınlığından asılı olaraq təyin olunacaq).
Oxşar vakansiya siyahısı:
Togas Tekstil Evi Satıcı - konsultant / məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Kiçik səyyar satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Good Home MMC satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satış üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bricobilandia Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...