Qısa məzmun
Baku Steel CompanyTədbirlərin təşkili üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- · Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərin təşkil edilməsini, rəhbərlik tərəfindən keçirilən müşavirələrdə, iclaslarda, tədbirlərdə, görüşlərdə və rəsmi qəbullarda texniki və təşkilatı işlərin həyata keçirilməsini;
- · Ümumi qəbul olunmuş protokol qaydalarına, beynəlxalq təcrübəyə və milli adət ənənələrə və əsaslanan protokol xidmətinin həyata keçirilməsini;
- · Qonaqların qarşılanmasını, müşayiət edilməsini, yola salınmasını;
- · Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərdə ümumi qəbul olunmuş protokol qaydalarına əsasən masada protokol xidmətinin icrasını;
- · Cəmiyyət rəhbərliyinin iştirak etməsi nəzərdə tutulmuş tədbirlərə və səfərlərə hazırlıq işlərinin aparılması və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətinin icra edilməsini və bununla bağlı digər işlərin həyata keçirilməsini;
- · Dəvət olunan qonaqların zərurəti yarandıqda səfərlərinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini;
- · Cəmiyyətin strukturları tərəfindən protokol qaydalarının həyata keçirilməsində əlaqələndirmə və bu sahədə onlara lazımi yardımın göstərilməsi;
- · Sənədlərin imzalanması mərasimləri zamanı assistentlik və digər protokol xidmətlərinin icra edilməsini;
- · Daxil olmuş təbrik və rəsmi görüşlərə dəvət məktublarının cavablandırılmasını;
- · Gələn qonaqlar tərəfindən Cəmiyyət rəhbərliyinə təqdim olunan xatirə və protokol hədiyyələrinin qeydiyyatının aparılmasını və lazımi qaydada saxlanılmasını;
- · Xarici qonaqlara təqdim etmək məqsədilə Azərbaycan tarixini, mədəniyyətini, musiqisini və Qarabağ probleminin həqiqətlərini özündə əks etdirən hədiyyələrin hazırlanmasını;
- · Dövlət bayramları və mərasimlər zamanı Cəmiyyət rəhbərliyinin başçılığı ilə Cəmiyyət əməkdaşlarının Şəhidlər Xiyabanına və Fəxri Xiyabana ziyarətini təşkil edilməsini;
Tələblər
- · Vəzifə təlimatını və beynəlxalq təcrübəyə, milli adət ənənələrə və ümumi qəbul olunmuş protokol qaydalarını;
- · İşgüzar etiket standartlarını və qaydalarını;
- · Təşkilatı inzibati sənədlərinin vahid şəkilə salınmış sisteminin standartlarını;
- · İşində tələb olunan kompüter proqramlarını;
- · Ofis avadanlığından istifadə qaydalarını;
Tələblər:
- · Ali təhsil (bakalavr səviyyəsində);
- · Beynəlxalq münasibətlər, Protokol, tədbirlərin təşkili sahələri üzrə ən azı 2 illik iş təcrübəsi;
- · Ofis avadanlığı və kompüter proqramlarının əsaslarını yaxşı səviyyədə bilmək;
- · Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- · Xarici dillərin biliyi (İngilis və Rus);
· Bəy namizədlərə üstünlük verilir.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...